“Borjomi”nin də saxtası çıxdı
Bizi izləyin

Ekopublika.az

“Borjomi”nin də saxtası çıxdı

Ənənəvi gürcü mətbəxinin bəzəyi olan və dünyanın bir çox ölkələrində müalicəvi mineral su kimi istifadə olunan “Borjomi”nin də saxtası hazırlanıb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Borjomi rayonunun Kvibisi rayonunda “Borjomi” və “Likani” markaları ilə mineral sular istehsal edən müəssisələrin fəaliyyətini dayandırıb.

Polis əməkdaşları 26 min 650 boş və 1423 isə qablaşdırılmış “Borjomi” butulkası, "Borjomi" etiketləri, mineral su ilə dolu üç ədəd 200 litrlik plastik qab, bir ədəd oksigen balonu və qaz vurulmuş suyun hazırlanması üçün xüsusi aparat müsadirə edib.

Cinayət Məcəlləsinin “saxtalaşdırma və saxtalaşdırılmış malın qanunsuz daşınması” maddəsi ilə cinayət işi qaldırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm