602A-nın tikintisi davam edir
Bizi izləyin

Ekopublika.az

602A-nın tikintisi davam edir

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A nömrəli stasionar dəniz özülünün inşası davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, 14 istismar quyusunun qazılması üçün inşa edilən özül dənizin 18 metr dərinliyində yerləşdiriləcək. Özül yaşayış bloku, vertolyot meydançası, 2 qaldırıcı kran və digər zəruri avadanlıqla təchiz olunacaq. Burada 8 dayaq bloku, 8 aralıq seksiyası, 11 minik-yanalma meydançası, 2 piyada körpüsü, 14 quyu istiqamətləndiricisi və 1 qülləaltı postamentin quraşdırılması nəzərdə tutulur. İndiyədək 8 dayaq bloku, 8 aralıq seksiyası, 4 minik meydançası, 4 yanalma meydançası və 30 konsol quraşdırılıb, 48 svay vurulub, 39 svay sement məhlulu ilə doldurulub.

“Neftqaztikinti” trestinin 3 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilən işlərin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm