• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Cənubi Qafqaz Boru Kəmərinə 635 milyon dollar xərclənib

Cənubi Qafqaz Boru Kəmərinə 635 milyon dollar xərclənib

Cari ilin doqquz ayında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 36,5 milyon dollar əməliyyat xərcləri və 599 milyon dollar əsaslı xərclər sərf edilib.

“bp-Azerbaijan” şirkətindən AzərTAc-a bildiriblər ki, ilin yekununda əməliyyat xərclərinin 47,2 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürətlənməsi nəticəsində 1 milyard 244 milyon dollara qədər artacaq.

İlin birinci üç rübündə CQBK-nın gündəlik orta ötürücülüyü 17 milyon 412 min kubmetr qaz və ya gündə 106 min 17 barrel neft ekvivalenti olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR