Ekopublika.az
“Şahdəniz” layihəsi üzrə xərclər iki dəfə artıb
2014-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi 3 mlrd. 168 mln. dollar təşkil edib. Bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.
Publika.az “BP-Azerbaijan” şirkətinə istinadən məlumat verir ki, xərclərin ümumi həcmində 371 mln. dollar istismar xərcləri, 2 mlrd. 797 mln. dolları əsaslı xərclərin payına düşüb.
2014-cü ildə layihə çərçivəsində xərclərin həcmi üzrə təshih edilmiş proqnoz 4,32 mlrd. dollar təşkil edir. İstismar xərcləri 435 mln. dollar, əsaslı xərclər 3 mlrd. 885 mln. dollar həcmində proqnozlaşdırılır.
“BP-Azerbaijan” şirkətinin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 7,25 mlrd. kubmetr qaz (azalma 0,7%) və 1,72 mln. ton kondensat (azalma 7,1%) hasil edilib. Yanvar-sentyabr aylarında orta sutkalıq hasilat həcmi 26,6 mln. kubmetr qaz və 50,45 min barrel kondensat təşkil edib.
“Bütövlükdə 2006-cı ilin sonlarından etibarən yatağın istismarı dövrü ərzində və 2014-cü ilin III rübünün sonuna 55,2 mlrd. kubmetr qaz və 14,2 mln. ton kondensat hasil edilib. Yataqda hasilat sisteminin maksimal gücü sutkada 966 mln. kubfut qaz (27,35 mln. kubmetr – İF) və 55 min barel kondensat təşkil edir. 2014-cü ilin sonuna “Bp-Azerbaijan” bu gücü sutkada 1 mlrd. 40 mln. kubfuta (təxminən 29,450 mln. kubmetr – İF-Az) çatdırmağı planlaşdırır.
2014-cü ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz boru kəməri magistralına (CQBK və ya Bakı-Tbilisi-Ərzurum ) xidmət üzrə əsaslı xərclər $599 mln., istismar xərcləri $36,5 mln. təşkil edib.
2014-cü il üçün CQBK-nın istismar xərcləri üzrə təshih edilmiş proqnoz $47,2 mln., əsaslı xərclər $1 mlrd. 244 mln. təşkil edir.
Xəbər verildiyi kimi, 2013-cü ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1,9 mlrd. təşkil edib, bunun $200 mln.-nu istismar xərcləri, $1,7 mlrd.-nı əsaslı xərclər təşkil edib.
2013-cü ildə “Şahdəniz” yatağından 9,8 mlrd. kubmetr qaz və 2,48 mln. ton kondensat hasil edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
İqtisadiyyat şöbəsi
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu