Elman Rüstəmovun böyük səhvi
Bizi izləyin

Ekopublika.az

Elman Rüstəmovun böyük səhvi

“İnsanların banklara inamı itə bilər”.

Bu sözləri Axar.az-a açıqlamasında Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Milli Bankın sədri Elmar Rüstəmovun bankların aqibəti ilə bağlı verdiyi açıqlamanı şərh edərkən dedi.

Ekspertin sözlərinə görə, dünyanın heç bir yerində Mərkəzi Bank belə bir açıqlama ilə çıxış etmir:

“Banklara verilən müddətin uzadılacağını güman etmirəm. Çünki Milli Bankın rəhbəri Elmar Rüstəmov müflisləşən bankların sayı ilə bağlı açıqlma yaydı və bu bankların siyahısını göstərdi. Baxmayaraq ki, dünyanın heç bir yerində buna yol verilmir. Bütün sivil ölkələrdə mərkəzi banklar müflisləşən bankların siyahısını ictimaiyyətdən gizli saxlayır. Çünki bu yolla insanların banklara inamı itə bilər. Buna görə də proses gizli saxlanılır.

Proses, eyni zamanda, ondan xəbər verir ki, Mərkəzi Bank məcmu kapitalın artırılması ilə bağlı müddəti dəyişmək niyyətində deyil və buna görə də Milli Bankın müəyyənləşdirdiyi vaxtı bir qədər uzadacağını düşünmürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm