Rusiya çökür – bahalaşma qonşularını vurur
Bizi izləyin

Ekopublika.az

Rusiya çökür – bahalaşma qonşularını vurur

Rusiyada qarabaşağın bahalaşması Azərbaycan bazarında eyni adlı məhsulun qiymətinin 40 qəpik artmasına gətirib çıxardı. Bu da da onu göstərdi ki, əsas xarici ticarət tərəfdaşımız olan Rusiyada baş verən hər bir iqtisadi prosesin təsirlərini cibimizdə, gündəlik yaşamımızda hiss edəcəyik.

Ən pisi də odur ki, cari il üçün Rusiyada 8,6 faiz inflyasiya gözlənilir. Rusiya Mərkəzi Bankının proqnozuna görə, bu rəqəm 2015-ci ilin əvvəlində də keçərli olacaq. Yalnız gələn ilin ortasına inflyasiya 6,2 -6,4 faizə düşəcək.

Ekspertlərin rəyinə görə, neftin qiymətinin ucuzlaşması, rublun dəyərdən düşməsi məhz Rusiyada ərzaq inflyasiyasını gücləndirib. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 12.1% təşkil edib. Bu ilin on ayı ərzində Şimal qonşumuzda meyvə və tərəvəz istisna olmaqla, ərzağın qiyməti 10,8% artıb.Təkcə sentyabrda avqust ayı ilə müqayisədə ət və ət məhsulları 2,5 faiz, süd məhsulları 1,3 faiz, yağın qiyməti 0,5 faiz qalxıb. İlin əvvəlinə nəzərən isə ət və ət məhsulları 15,2 faiz, meyvə 11,9 faiz, balıq və dəniz məhsulları 9,9 faiz, qənd, cem, bal, konfet, şokolad 8,8 faiz, süd məhsulları, pendir və yumurta 6,4 faiz, çörək və dənli məhsullar 5,2 faiz, piylər və yağlar 4,7 faiz bahalaşıb.

Hazırda diqqəti çəkən bu artımın Azərbaycana nə dərəcədə təsir edəcəyidir. Mütəxəxssislər bildirir ki, manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Onların sözlərinə görə, ölkənin ərzaq idxalında Rusiya ciddi paya malik olduğundan qarşıda bahalaşan məhsulların siyahısı daha da böyüyə bilər. Məsələn, qarabaşaqla başlayan siyahıya spirtli içkilərin də əlavə olunması istisna deyil. Problem ondadır ki, siyahı heç də bununla tamamlanmır. Bəs Azərbaycan vətəndaşı Rusiyadan gətirilən hansı məhsulu baha qiymətə ala bilər?

Publika.az-ın araşdırmasına görə, Rusiyanın Azərbaycanın ixracında deyil, daha çox idxalında xüsusi çəkisi var. Konkret götürək cari ilin sentyabr ayının rəsmi statistik göstəricilərini. Göstərilən hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 150,8 milyon dollar, o cümlədən idxalın həcmi 122,3 milyon, ixracın həcmi isə 28,5 milyon dollar təşkil edib. Xarici ticarət əlaqələrinin 26,86 faizi Rusiya Federasiyası ilə aparılıb. Rusiya bu göstəricədə yeganə Türkiyəyə (ticarət əlaqələrinin 30,73 faizi Türkiyənin payına düşür) uduzub. Rusiyaya idxalın və ixracın strukturuna gəlincə, sentyabrda fiziki şəxslər Rusiyadan 33196897,17 dollar həcmində idxal həyata keçiriblər. Bunun da idxalda xüsusi çəkisi 27,14 faiz təşkil edib.

Rusiyadan idxalın strukturu:

Ət və ət məhsulları - 182731 kq. məbləği 1406558,48 dollar, yekuna görə 4,24 faiz

Süd və süd məhsulları – 73360 kq. məbləği 336502,78 dollar, yekuna görə 1,01 faiz

Tərəvəz – 36984 kq, məbləği 23213,18 dollar, yekuna görə 0,07 faiz

Meyvə- 1582 kq, məbləği 3918,45 dollar, yekuna görə 0,01 faiz

Kartof – 2433 kq, məbləği 834,36 dollar, yekuna görə 0,00 faiz

Çay -30293 kq, məbləği 236695,18 dollar, yekuna görə 0,71 faiz

Bitki yağları - 139178 kq, məbləği 319941,58 dollar, yekuna görə 0,96 faiz

Şəkər və şəkər tozu - 84431 kq, məbləği 93652,90 dollar, yekuna görə 0,28 faiz

Qənnadı məhsulları - 305728 kq, məbləği 1896229,10 dollar, yekuna görə 5,71 faiz

Spirtli içkilər - 217283 litr, məbləği 1469786,34 dollar, yekuna görə 4,43 faiz

Meyvə-tərəvəz konservləri - 49393 ədəd, məbləği 128632,66 dollar, yekuna görə 0,39 faiz

Mineral və qazlı sular - 40634 litr , məbləği 67240,14 dollar, yekuna görə 0,20 faiz

Digər məhsullar dollar – məbləği 1654154,07 dollar, yekuna görə 4,98 faiz

Siqaret – 7776183 ədəd, məbləği 1598518,99 dollar, yekuna görə 4,82 faiz

Kosmetik vasitələr – 100977 ədəd, məbləği 801424,35 dollar, yekuna görə 2,41 faiz

Parça - 96110 metr , məbləği 538645,83 metr, yekuna görə 1,62 faiz

Geyim ləvazimatı - 163753 ədəd, məbləği 3861121,82 dollar, yekuna görə 11,63 faiz

Ayaqqabılar – 41121 cüt, məbləği 1372430,78 dollar, yekuna görə 4,13 faiz

Avtomobil hissələri -15816 ədəd, məbləği 503195,06 dollar, yekuna görə 1,52 faiz

Məişət elektrik malları - 43554 ədəd, məbləği 1243851,25 dollar, yekuna görə 3,75 faiz

Xalçalar – 1460 ədəd, məbləği 187111,14 dollar, yekuna görə 0,56 faiz

Rezin şinlər - 12896 ədəd, məbləği 505957,50 dollar, yekuna görə 1,53 faiz

DVD və televizorlar - 3163 ədəd , məbləği 1323231,42 dollar, yekuna görə 3,99 faiz

Kamera aparatları - 5110 ədəd , məbləği 1321102,23 dollar, yekuna görə 3,98 faiz

Mobil telefonlar - 10219 ədəd, məbləği 5379533,60 dollar, yekuna görə 16,20 faiz

Noutbuk və planşetlər - 6813 ədəd , məbləği 3179495,03 dollar, yekuna görə 9,58 faiz

Mətbəx və yeməkxana ləvazimatı (qab-qacaqlar) - 54260 ədəd , məbləği 731123,34 dollar, yekuna görə 2,20 faiz

Digər məhsullar - 3012795,61 dollar, yekuna görə 9,09 faiz

İxraca gəlincə, xüsusilə Rusiyanın Avropaya qarşı tətbiq etdiyi embarqodan sonra sahibkarlarımızın bu ölkəyə nə aparması sual doğurur. Nəzərə çatdıraq ki, təkcə sentyabr ayında Rusiyaya 7312317,47 dollar ixrac həyata keçirilib. Bununla da ixracda Rusiyanın xüsusi çəkisi 25,66 faiz təşkil edib. İxrac edilən malların strukturuna gəlincə, aşağıdakı siyahıya nəzərə yetirək:

Ət və ət məhsulları - 5855 kq , məbğləği 55137,32 dollar, yekuna görə 0,75 faiz

Süd və süd məhsulları -7910 kq, məbləği 69545,95 dollar, yekuna görə 0,95 faiz

Tərəvəz - 607579 kq, məbləği 921795,63 dollar, yekuna görə 12,61 faiz

Meyvə - 798796 kq, məbləği 2849656,51 dollar, yekuna görə 38,97 faiz

Kartof - 10697 kq, məbləği 10349,14 dollar, yekuna görə 0,14 faiz

Çay - 5320 kq, məbləği 69826,57 dollar, yekuna görə 0,95 faiz

Bitki yağları - 338 kq, məbləği 872,63 dollar, yekuna görə 0,01 faiz

Şəkər və şəkər tozu – 31133 kq, məbləği 56861,97 dollar, yekuna görə 0,78 faiz

Qənnadı məhsulları - 14976 kq , məbləği 144586,30 dollar, yekuna görə 1,98 faiz

Spirtli içkilər - 6897 litr , məbləği 81833,60 dollar, yekuna görə 1,12 faiz

Meyvə-tərəvəz konservləri - 29388 ədəd, məbləği 165832,20 dollar, yekuna görə 2,27 faiz

Mineral və qazlı sular - 45884 litr, məbləği 32709,73 dollar, yekuna görə 0,45 faiz

Digər məhsullar - məbləği 700405,75 dollar, yekuna görə 9,58 faiz

Siqaret - 421961 ədəd, məbləği 41920,28 dollar, yekuna görə 0,57 faiz

Kosmetik vasitələr - 10359 ədəd, məbləği 73212,12 dollar, yekuna görə 1,00 faiz

Parça - 15088 metr, məbləği 74886,90 dollar, yekuna görə 1,02 faiz

Geyim ləvazimatı - 22688 ədəd, məbləği 473244,40 dollar, yekuna görə 6,47 faiz

Ayaqqabılar - 10584 cüt, məbləği 272035,35 dollar, yekuna görə 3,72 faiz

Məişət elektrik malları - 1182 ədəd, məbləği 67846,30 dollar, yekuna görə 0,93 faiz

Xalçalar -1239 ədəd, məbləği 274416,61 dollar, yekuna görə 3,75 faiz

Digər məhsullar - 247177,36 dollar , yekuna görə 3,39

Ekspertlər bildirir ki, Rusiyada qiymətlərin Azərbaycana nə dərəcədə təsir göstərəcəyi aksiz vergilərindən asılıdır: Rusiyada qiymətlər artdıqca Azərbaycan bazarına ixrac olunan malların qiymətində də artım olacaq. Bu artımın nə qədər olacağı isə həm də aksiz vergilərindən asılıdır. Daxili bazarda qiymətlərin artmasından əlavə, əgər Rusiya ixracatla da bağlı aksiz vergilərini qaldırarsa, bu zaman daxili bazarda qiymət artımını daha çox hiss edəcəyik.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm