OPEK-dən Rusiyaya zərbə: dünya 2010-cu ilə qayıtdı
Bizi izləyin

Ekopublika.az

OPEK-dən Rusiyaya zərbə: dünya 2010-cu ilə qayıtdı

“Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) qərarı neftin bir barrelinin qiymətini 75 dollardan da aşağı saldı”.


Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi yazıb.

“Brent” markalı neftinin qiyməti 74,6 dollara qədər düşüb. Belə bir qiymət sonuncu dəfə 2010-cu ildə qeydə alınıb. Agentliyin yazdığına görə, “qara qızıl”ın qiymətinin növbəti dəfə düşməsi neft hasilatının kvotasının azaldılmasından OPEK-in imtinası ilə bağlıdır.

OPEK-dən bildiriblər ki, kvotaların azaldılmaması barədə qərarı təşkilat üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Daha əvvəl isə təşkilatın bəzi üzvləri kvotaların azaldılmasının tərəfdarı kimi çıxış edirdi. Xüsusi olaraq, İran, Venesuela və Küveyt kvataların azaldılmasını dəstəkləyirdi.

Analitiklər isə neft qiymətlərinin aşağı salınmasına Rusiyaya qarşı aparılan oyunun bir hissəsi kimi baxırlar. Qeyd edək ki, Rusiya bir neçə gün əvvəl neftin 30 faiz ucuzlaşmasından ildə 90-100 milyard dollar itirdiklərini etiraf edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm