Kim neftini neçəyə hasil edir? - Şərh
Bizi izləyin

Ekopublika.az

Kim neftini neçəyə hasil edir? - Şərh

OPEK-in neft hasilatını aşağı salmamaq barədə qəbul etdiyi qərardan sonra dünya bazarlarında “qara qızılın” qiymətində kəskin ucuzlaşma başlayıb.

Dünən səhər neftin qiyməti 71,26 dollara qədər ucuzlaşsa da, artıq axşama doğru o, bir qədər itirilmiş mövqelərini bərpa etdi. Lakin gecə saatlarında yenidən qiymət 69 dollar oldu. Amerika neft analitiklərinin proqnozlarına inansaq, neft cari ilin sonunda 70 dollara qədər ucuzlaşacaq. 2015-ci ilin ilk rübündə onun orta qiyməti 65, ilin ortasına isə 60 dollara düşəcək.

Belə olan şəraitdə neft şirkətləri özlərinin hasilat layihələrinə korrektə edə bilərlərmi?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında bunu istisna etməyib: “Əlbəttə, bu, mümkündür. Ancaq neftin ucuzlaşması o hasilat layihələrinə aid edilə bilər ki, bunlar ya şist yataqlardan hasil edilsin, ya da neftin çətin çıxarıla biləcəyi yataqlara aid olsun. Sonuncuya geoloji, coğrafi, iqlim, infrastruktur və digər səbəblər də daxil olmaqla, neftin hasilatı zamanı qarşılaşılan problemlərin həllini aşmaq da daxildir ki, bu da əlavə xərclər tələb edir. Adətən belə yataqlarda neftin maya dəyəri bir barel üçün 50 dollardan az olmur. Ona görə də neftin qiymətdən düşməsi belə yataqlarda hasilata fasilə verilməsinə gətirib çıxarır. O cümlədən, şist yataqların aşağı qiymət problem var. Amerikada texnoloji nailiyyətlərə baxmayaraq, şirkətlər hesab edirlər ki, bazara çıxarmaq üçün nəqliyyat xərclərini də hesablamaqla, 50 dollardan baha bir qiymət lazımdır ki, istehsal kommersiya baxımından səmərəli olsun. Rusiyanın 1 nömrəli özəl şirkəti olan “LUKoil”un vitse-prezidenti Leonid Fedun jurnalistlərə bildirib ki, onların hasilatı neftin qiymətinin 25 dollar səviyyəsində belə gəlirlidir”. Onun sözlərinə görə, buna Rusiyanın mövcud vergi qanunvericiliyi şərait yaradır, çünki aşağı qiymətlər zamanı ixrac vergisi də minimuma enir. Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçin isə deyib ki, onlar neftin 60 dollar səviyyəsinə belə hazırdırlar. Hasil etdikləri neft, demək olar ki, dünyanın ən ucuz neftləri sırasındadır – bareli 4 dollara başa gəlir. Qeyd edim ki, Səudiyyə Ərəbistanının “Qavar” (Ghawar) yatağında hasil edilən neftin maya dəyəri vaxtilə 1 dollar olub. Hazırda isə 2 dollardan çox deyil.

Azərbaycanın 1 nömrəli neft hasilatçısı “BP-Azərbaycan” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil etdiyi əmtəəlik xam neftin 1 barelinin qiyməti 5 dollardan bir qədər baha dəyərləndirilir”.

İ.Şaban bildirir ki, quyu ağzında “Azəri-Çıraq-Günəşli”dən hasil edilən neftin qiyməti təqribən 3,8 dollardır: “10 il əvvəl bu rəqəm 2 dollara da çatmırdı. Dünyada ofşor nefti üçün ən ucuz qiymət adı qazanmışdı. Ancaq neftin ilkin olaraq sudan, qumdan təmizlənməsi, sonra sualtı boru kəmərləri ilə sahilyanı Səngəçal terminalına ötürülməsi, orada təkrar emal edilərək çənlərə yığılaraq əmtəəlik hala gətirilməsi (ixrac boru kənərinə vurulma) xərclərini də nəzərə alanda maya dəyəri artır. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1 barel neftin daşıma xərcləri BTC Co. səhmdarları üçün təqribən 6,5 dollara başa gəlir. Bu baxımdan, hazırda Azərbaycanın xam neftinin təqribən 80%-ni dünya bazarına çıxarmaq hər barel üçün 12 dollara başa gəlir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm