Rusiyda rublun məzənnəsi sürətlə düşür
Bizi izləyin

Ekopublika.az

Rusiyda rublun məzənnəsi sürətlə düşür

Moskva birjasında alqı-satqı əməliyyatları gedişində avronun məzənnəsi 66 rubl göstəricisini aşaraq 66,40 rubl noqtəsində sabitləşib, dolların məzənnəsi 53,20 rubladək artıb.

Publika.az-ın məlumatına görə, Rusiya Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rubl məzənnəsi avroya nisbətən 3,03 rubl artaraq 64,44 rubla çatıb, dollara nisbətən məzənnə 2,48 rubl artaraq 51,80 rub təşkil edib. Birjada son 5 gün ərzində dolların məzənnəsi 16,6%, avronun isə məzənnəsi 16,5% artıb.

Rublun məzənnəsində ən böyük eniş noyabr ayında qeydə alınıb. Ekspertlər bunun səbəbini digər amillərlə yanaşı, o cümlədən, neft qiymətinin mənfi dinamikası ilə də əlaqələndirirlər.

Bazar ertəsi neftin qiyməti son 5 illik müddətin ən aşağı göstəricisinədək düşüb.

Neftin ucuzlaşması OPEC ölkələri neft hasilatı kvotasını necə varsa saxlamaq barədə noyabrın 27-də qərar qəbul etdiklərindən sonra sürətlənib.

Neftin gündəlik hasilat kvotası 30 mln barrel təşkil edir.

Rusiya Mərkəzi Bankının proqnozuna əsasən, ölkədə inflyasiya ilin sonunadək 9%-i üstələyə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm