Rusiya iqtisadiyyatında resessiya başladı
Bizi izləyin

Ekopublika.az

Rusiya iqtisadiyyatında resessiya başladı

Rusiya iqtisadiyyatının resessiya ilə üzləşdiyi artıq rəsmi olaraq qəbul edildi. Rusiyanın Maliyyə Nazirliyi 2015-ci il üçün nəzərdə tutulan iqtisadi artımı 1,2 faizdən 0,8 faizə azaldıb.

Publika.az xəbər verir ki, qlobal maliyyə böhranı, Ukrayna böhranından ötəri tətbiq olunan iqtisadi sanksiyalar və neftin qiymətinin düşməsi Rusiyanın resessiyaya girməsinin əsas səbəbləridir.

Onu da bildirək ki, bu rəsmi açıqlamadan sonra Rusiyanın pul vahidi rubl son 24 saatda avro və dollar qarşısında rekord səviyyədə dəyər itkisi yaşayıb.

Bununla belə, hökumət 2014-cü il üzrə iqtisadi artım göstəricilərini artırıb. Maliyyə Nazirliyi ilin son rübündə artımın 0,5 faizdən 0,6 faizə yüksələcəyini bildirib.

2014-cü ildə rəsmi rəqəmlərə görə 9 faiz olan inflyasiyanın isə ilin sonuna 9,7 faizə yüksələcəyi bildirilib. 2015-də bu rəqəmin 7,5 faiz olması proqnozlaşdırılır.

Onu da nəzərə çatdıraq ki, Rusiya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirlər edir. İnflyasiya, rublun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərini azaldır. Eləcə də ixrac potensialını zəiflədir, ərzaq inflyasiyasını gücləndirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm