• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Banklardakı 3,14 milyard manat bata bilər

Banklardakı  3,14 milyard manat bata bilər

2014-cü ilin 9 ayının yekunlarına əsasən fiziki şəxslərin cəmi əmanətləri (6 556 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib.

Əmanətlərin Sığortalanması Fondundan Publika.az-a verilən açıqlamaya görə, cari ilin 9 ayının yekununda fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat, qorunmayan əmanətlər 3,14 milyard manat, qorunan əmanətlər 3,42 milyard manat, sığortalanan əmanətlər isə 1799 milyon manat olub.

Qorunan əmanətlərin 63%-i manatın, 33%-i ABŞ dollarının və 4%-i avronun payına düşür.

Üzv banklar tərəfindən 6 347 min əmanətçiyə xidmət göstərilir ki, onların da 5 745 min (90,5%) nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,68 faizinin (5 726 min nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətçilərin 0,32 fazinin əmanəti qismən sığortalanır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR