Əmanətlərin Sığortalanması Fondunun 88,5 milyon manat sığorta ehtiyatı var
Bizi izləyin

Ekopublika.az

Əmanətlərin Sığortalanması Fondunun 88,5 milyon manat sığorta ehtiyatı var

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 88,5 milyon manat təşkil edir.

Publika.az-a bu barədə fonddan bildirilib. Qeyd edilib ki, fondun sərbəst vəsaitlərinin idarə edilməsi fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 74, 3 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,3 % təşkil etmişdir. Fondun 5,0 milyon Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.Fondun iştirakçısı olan bankların sayı 42-dir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm