Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi azala-azala gedir – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi azala-azala gedir – Açıqlama

Noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 14 996.3 milyon dollar olub. Oktyabr ayı ilə müqayisədə MB-nın rəsmi valyuta ehtiyatlarının həcmi 37,3 milyon dollar azalıb. Bu da 0,25 faiz azalma deməkdir.

Publika.az xəbər verir ki, oktyabrda sentyabr ayı ilə müqayisədə azalma 8,8 milyon dollar, yəni 1,1 faiz olmuşdu.

İqtisadçı ekspert Samir Əliyev, MB-ın rəsmi valyuta ehtiyatlarının artıq 4-cü aydır azalma tendensiyası nümayiş etdirdiyini bildirir. Ehtiyatın iyul ayından başlayaraq ehtiyatların 1,3% və ya 197,1 milyon dollar azaldığını deyən ekspert noyabr ayında azalmanın davam edəcəyinin gözlənilən olduğunu bildirib. Bununla belə, 2014-cü ilin yanvar-noyabr ayında valyuta rezervləri 6 faiz artıb: “Noyabrda oktyabr ayı ilə müqayisədə azalmanın nisbətən səngiyəcəyini pronozlaşdırmışdıq. İstənilən halda hər şey dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslərin istiqamətindən asılıdır. Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz ki, manat üçün təyziqlər artacaq".

Onun fikrincə, MB-ın manatın sabitliyi ilə bağlı niyyətinə rəğmən, manatın taleyini neft həll edəcək: ““Qara qızıl”ın indiki səviyyədə qalacağı təqdirdə ölkənin baş bankı vədi yerinə yetirə biləcək. Ancaq neftin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlar özünü doğruldarsa, milli valyutamızın ucuzlaşdırılması gündəmə gələcək. Bu ili manat inamlı sabit başa vuracaq. Ancaq gələn il üçün bunu demək çətindir. Mərkəzi Bank ən son həddə qədər manatın sabitliyini təmin etməyə başlayacaq. Ancaq onun da gücünün həddi var və Mərkəzi Bank manata görə valyuta ehtiyatının əriməsinə imkan verməyəcək. Ortada acı Rusiya nümunəsi var. İndi 2009-cu il deyil ki, atdığı addım özünü doğrultsun. Neftin indiki ucuzlaşması uzunmüddətlidir. Manatı isə qarşıdakı illərdə qeyri-sabit rəqslər gözləyir. Musiqi isə London Əmtəə Birjasında sifariş veriləcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm