• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İpoteka krediti əsasən 1100 manat maaş alanlara verilir

İpoteka krediti  əsasən  1100 manat maaş alanlara verilir

2014-cü ildə yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 525 297,1 milyon manat olub.

Publika.az İpoteka Fonduna istinadən bildirir ki, yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə gəlincə, güzəştli kreditlər üzrə bu rəqəm 115 285,8 min manat olub. Adi kreditlər üzrə 410011,3 min manat təşkil edib.

Fonddan o da deyilir ki, indiyə qədər 15 393 kredit verilib. İpoteka kreditləşməsi başlayandan 2014-cü ilə qədər 3216 ədəd olub. Müvəkkil kredit təşkilatlarından ən çox “AG Bank” ASC ipoteka kreditləşməsinin maliyyələşməsini həyata keçirib. Kreditlərin 81,1 faizi hərbçilərə verilib. İndiyə qədər kredit götürənlərdən cəmi 6 faizi 300-500 manat arası maaşa malik olub. Statistika göstərir ki, 1100 manat maaş alanlar daha çox kreditdən yararlana bilirlər.

Kredit alanların 82 faizi kişidir. Bank kredit ayırarkən əsasən 30-35 yaşlarında olanlara üstünlük verir.

İqitisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR