Mavi qazın qiyməti düşüb
Bizi izləyin

Ekopublika.az

Mavi qazın qiyməti düşüb

Mavi qazın qiyməti düşüb

Mavi qazın qiyməti düşüb Avropada qaz qiymətləri isti hava fonunda və anbarlardan qaz sərfinin az olması səbəbilə keçən ilin yayındakı qiymət səviyyəsinə enib.

Çərşənbə günü qaz qiymətləri Britaniyanın ticarət platforması National Balancing Point- də (NBP) 1 milyon Britaniya istilik vahidi (1000 kubmetr üçün $342-345) üçün 59.45-60 pens təşkil edib. Publika.Az Caspian Barel-ə itinadən bildirir ki, belə aşağı qiymətlər Avropada keçən ilin yay ayından olmamışdı.

2 ay əvvəl qeyd edilmiş mövsümü qiymət maksimumundan fərqli olaraq hal-hazırda qiymətlər 18% aşağı düşüb. Avropada keçən istilik mövsümündə soyuqlar səbəbilə 2013-cü ilin martında qaz saxlama anbarları boşalmışdı. Hazırda Britaniyanın qaz ehtiyatı anbarları 68.8% dolub ki, bu rəqəm keçən il 54.5% idi.

Avropada bu göstərici müvafiq olaraq 56.3% və 53.5%-dir. Lakin qiymətlərin düşməsinə və isti havaya baxmayaraq Rusiya qazının Avropaya ixracı yüksək səviyyədə qalır. Fevralın ilk 3 günü ərzində “Qazprom”un keçmiş Sovet İttifaqı ölkələrinə istisna olmaqla ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 21% artıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm