Türkiyə Rusiyadan daha yüksək endirim istəyib
Bizi izləyin

Ekopublika.az

Türkiyə Rusiyadan daha yüksək endirim istəyib

Enerji və Təbii Qaynaqları Naziri Taner Yıldız Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edib.

Publika.az xəbər verir ki, Rusiyanın təbii qazın qiymətini 6 faiz endirməsinə toxunan nazir deyib ki, qarşı tərəfdən daha yüksək endirim istəmişdilər: "İstədiyimiz endirim rəqəmi 6 faizdən yuxarı idi. Bununla belə Putinin vəd etdiyi rəqəm müsbətdir". Türkiyəli nazir deyib ki, endirimin istehlakçıya şamil edilməsi hələ ki müzakirə mövzusu deyil: “Almaniyadan sonra Rusiyanın ən çox təbii qaz satdığı ikinci ölkəyik. Biz BOTAŞ olaraq təbii qazı aldığımız qiymətdən daha aşağı qiymətə satırıq. Təbii qazı ən ucuza satan ölkəyik. Bunun vətəndaşlarımıza təsir etməməsi üçün borclarımızı təxirə saldıq. BOTAŞ endirimdən qazanmır, 6 faiz zərərimizin bir hissəsini belə qarşılamır. Söhbət 2 milyard lirəlik zərərdən gedir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm