Sanksiyalar və neftin qiyməti Rusiyada “Makdonalds"ı da vurdu
Bizi izləyin

Ekopublika.az

Sanksiyalar və neftin qiyməti Rusiyada “Makdonalds"ı da vurdu

Rusiyaya qarşı sanksiyalar, neftin qiymətlərin və rublun dəyərinin kəskin aşağı düşməsi “Makdonalds" restoranlarının şəbəkəsinin bu ölkədəki qiymət siyasətinə də təsir edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Makdonalds" menyusunun qiymətlərinin qaldırıldığını açıqlayıb.

Məşhur “Biq Maq” sendvici iki rubl, standart kartof porsiyası bir rubl bahalaşıb. Restoranlar şəbəkəsində sonuncu bahalaşma mart ayında məşhur Amerika fastfudda qeydə alınmışdı.

Şirkətdən bildirilib ki, qiymətlər çox az artıb. Rusiya "Makdonalds"ın ictimaiyyətiylə əlaqələr üzrə böyük menecer Oksana Belayçuk bildirib ki, məhsulun qiymətinə xammalın dəyəri, elektrik enerjisinin qiyməti və digər amillər təsir edir.

Şirkətin hazırda Rusiyada 464 restoranı fəaliyyət göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm