Rublun dəyəri artıb
Bizi izləyin

Ekopublika.az

Rublun dəyəri artıb

Moskva birjasında “sabah” hesablaşmaları üzrə aparılan ticarət sessiyasının gedişatında dollara nisbətdə dəyəri 1,24 rubl artan Rusiya milli valyutasının kursu 53,05 səviyyəsində qərarlaşıb. Avroya isə 65,03 rubl təklif olunur.

Publika.az-ın məlumatına görə, Rusiyanın Mərkəzi Bankı bu gün verdiyi açıqlamada dekabrın 3-də valyuta satışlarına müdaxilə etdiyini bildirib.

Həmin gün dollarla avronun dəyəri rubla nisbətdə maksimum həddə çatmışdı. Noyabrda rubl kursunun sərbəst buraxıldığını elan edən Mərkəzi Bank yalnız məzənnəyə təhlükə yarandığı təqdirdə müdaxilə edəcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm