Tarif Şurasından benzinin qiymətilə bağlı şad xəbər
Bizi izləyin

Ekopublika.az

Tarif Şurasından benzinin qiymətilə bağlı şad xəbər

Yeni ilin əvvəlindən Azərbaycanın daxili bazarında avtomobil benzininin satış qiymətinin artırılması ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bu barədə Report-a Tarif Şurasından məlumat verilib.

"Hazırda Azərbaycanda yanacağın bahalaşması ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur", - deyə Şuradan bildirilib.

Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də bu xəbəri təkzib edib: "SOCAR yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm