Ekopublika.az
Cəlilabada 6,1 milyon manat ayrıldı
Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az-ın məlumatına görə, sərəncamda deyilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,1 milyon (altı milyon bir yüz min) manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR