• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bəzi banklar sosial ipoteka kreditlərini niyə dayandırıb?

Bəzi banklar sosial ipoteka kreditlərini niyə dayandırıb?

Bir sıra banklar sosial ipoteka kreditlərinin verilməsini dayandırıb. "Bank Standart" və "Bank Respublika" kimi müvəkkil kredit təşkilatlarından Publika.Az-a verilən məlumata görə, yaranmış fasilə müvəqqətidir, yaxin zamanlarda kreditləşmə yenidən bərpa ediləcək.

İqtisadçı-ekspert Qubad İbadoğlu isə bildirib ki, sosial ipoteka kreditləri ilə bağlı müraciətlərin banklar tərəfindən müsbət dəyərləndirilməməsi kreditlər üçün nəzərdə tutulan vəsaitin az olması ilə bağlıdır:

"Kəskin ehtiyacların müqabilində büdcədən bu istiqamətə ayrılan vəsaitlərin həcmi azdır. Sosial ipoteka kreditləri üçün nəzərdə tutlan vəsaitlər banklar tərəfindən tez bir zamanda bölüşdürülür. Nəticədə kredit üçün müraciətlərə baxılmasında çətinliklər yaranır".

Sosial ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılmasını təklif edən Qubad İbadoğlunun fikrincə, bu halda daha çox gənc ailə və güzəştli qrup proqramdan yararlana bilər.

Hazırda Azərbaycanda təklif olunan ipoteka proqramı üzrə adi ipoteka kreditləri üçün maksimum məbləği 50 min manat, illik 8 faiz dərəcəsi ilə 25 il müddətinə, sosial ipoteka kreditləri üçün isə maksimum məbləğ 35 min manat olmaqla 4 faizlə 30 il müddətinə nəzərdə tutur.

Borcalanın sosial ipoteka krediti üçün ödəməli olduğu ilkin ödəniş 15 faiz, adi kreditlər üçün 20 faizdir.

Mərkəzi Bank, eləcə də Gənlər və İdman Nazirliyi bu şərtlərin yüngülləşdirilməsini nəzərdə tutan yeni ipoteka strategiyasının hazırlandığını dəfələrlə bəyan ediblər. Məlumatlara görə, həmin dəyişikliklərdə sosial ipoteka kreditləşməsində faiz dərəcələrinin 2 faizədək azaldılması, ilkin ödənişin sıfıra endirilməsi, məbləğin artırılması, "Yaşayış-tikinti bankları"nın yaradılması daxildir.

İqtisadçının fikrincə, dəyişikliklər ipotekanın elitar modelindən kütləvi modelinə keçid üçün əhəmiyyətlidir. Nəzərdə tutulanlar çox böyük dəyişikliklərə gətirib çıxara bilər: "Lakin bu istiqamətdə Mərkəzi Bankın təşəbbüslər reallığa çevrilməyib. Bununla bağlı xeyli problemlər var. Əslində dəyişiklilər bu ildən başlamalı idi".

Leyla

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR