11 ayda 6,6 milyard
Bizi izləyin

Ekopublika.az

11 ayda 6,6 milyard

2014-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 645 milyon 692 min manat olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 33,4 faizi mənfəət vergisinin, 27,5 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,6 faizi aksizlərin, 15,3 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 899 milyon 924,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.

Yanvar-noyabr aylarında respublika üzrə 75 min 988, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox vergiödəyici qeydiyyata alınıb. 1 dekabr 2014-cü il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71 288 vergiödəyici çox, yəni 604 381 olub.

2014-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3 faiz təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm