Gələn il benzin 10 faiz bahalaşacaq...
Bizi izləyin

Ekopublika.az

Gələn il benzin 10 faiz bahalaşacaq...

Rusiyanın energetika naziri Aleksandr Novak 2015-ci ildə Rusiyada benzinin qiymətinin 10 faiz qalxacağını açıqlayıb.

Publika.az xəbər verir ki, nazir qiymət artımının növbəti ildə inflyasiya səviyyəsinə bağlı olacağını deyib. Nazirin bu açıqlaması ilə “LukOil”ın rəhbəri Bahid Ələkbərov da razılaşıb.İş adamı deyib ki, benzinin dəyəri inflyasiyaya uyğun 10 faiz qalxa bilər.

Federal Avtomobil Xidmətinin rəhbəri isə deyir ki, ilin əvvəlindən avtomobil yanacağı 9,7 faiz, dizel 3 faiz qalxıb. Onun sözlərinə görə, iyul-oktyabr ayında topdansatış qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu rəqəm 35 faiz təşkil edib: “Lakin sonradan onların qiymətinin 18-20 faiz ətrafında düşməsi baş verdi. Növbəti il üzrə qiymət inflyasiyadan asılı olacaq”.

Qeyd edək ki, noyabr ayında benzinin orta qiyməti 33,65 rubl təşkil edib. Eləcə də А-76 (АИ-80) markalı bensiz 30,3 rubl. (artım 0,1%), Аİ-92 - 32,68 rubl, Аİ-95 - 35,47 rubl (artım 0,1%). olub. Dizel yanacağının orta istehlak qiymətləri 34,08 rubl təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm