• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Neft 64 dollar oldu, prezidentin müşaviri od püskürdü

Neft 64 dollar oldu,  prezidentin müşaviri  od püskürdü

Dünya birjalarında neftin bareli 63.85 dollara düşüb. Qiymətlərdəki sürətli eniş növbəti il üzrə “qara qızıl”ın 50 dollar təşkil edəcəyi ilə bağlı proqnozları doğrulamaqdadır. Bu da istehsalçı ölkələrin gəlirlərinin azalması deməkdir. Artıq İran prezidentinin müşaviri İshak Cihangiri neft qiymətlərində yaşanan enişin normal hadisə olmadığını və tələb-təklifdən qaynaqlanmadığını irəli sürüb.

Publika.az xəbər verir ki, Cihangiri neft qiymətlərindəki ucuzlaşmanı siyasi sui-qəsd kimi xarakterizə edib: “Bunun Rusiyaya qarşı edildiyi deyilir. Əhəmiyyətli olan bunun böyük bir sui-qəsd olmasıdır".

O, neftin qiymətinin 40 dollardan da ucuz olacağı təqdirdə belə ölkəni idarə edə biləcəklərini deyib.

İranın əvvəldən gündəlik 2 milyon 100 min barel neft satdığını söyləyən Cihangiri ölkəsinə istiqamətlənən sanksiyalardan sonra bu rəqəmin 1 milyon barelə düşdüyünü vurğulayıb.

O həmçinin gələn ilin büdcəsində neft qiymətinin 70 dollardan götürüldüyünü deyib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR