Bir ildə mənzil bazarı nə qədər bahalaşıb?
Bizi izləyin

Ekopublika.az

Bir ildə mənzil bazarı nə qədər bahalaşıb?

Bu ilin 9 ayında mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrünə nəzərən 13.1% artıb.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, təkrar və ilkin mənzil bazarında artım müvafiq olaraq 13.1% və 11.6% təşkil edib. Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (15.4%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (20.2%) müşahidə olunub.

Əmlak bazarı üzrə digər fəallıq göstəricilərində də yüksəlmə müşahidə edilib. “MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə yaşayış sahələrinin kirayə haqqı ödənişləri üzrə 11.9%, kommersiya obyektləri üzrə isə 8.9% qiymət artımı baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm