Muzdlu işçilərin sayı açıqlandı
Bizi izləyin

Ekopublika.az

Muzdlu işçilərin sayı açıqlandı

Bu il noyabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,5 min nəfər olub. Onların 883,7 min nəfəri dövlət bölməsində, 623,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Publika.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

2014-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 441,8 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahələrində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm