• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tarif Şurası yanacağın qiymətinə yenidən baxmalıdır- Açıqlama

Tarif Şurası yanacağın qiymətinə yenidən baxmalıdır- Açıqlama

Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixli, 35 saylı Qərarı ilə özünün 2 dekabr 2013-cü il tarixli 333 saylı qərarına dəyişiklik edib.

Dəyişiklik əsasında bir sıra neft məhsullarına, o cümlədən yanacağa tətbiq edilən aksiz vergilərini azaldıb. Dəyişikliyə görə, Aİ -95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159%-dən 64%-ə endirilib.

Azalma digərlər benzin markalarında da olub. Aİ-92-də 134%-dən 65%-ə, Aİ-80-də isə 134%-dən 66%-ə endirilib. Halbuki 2 ay öncəki Qərarı ilə bu faizləri artırmışdı. Yəni dekabr dəyişikliyinə qədər bu hədd uyğun olaraq 101%, 92% və 93% . Belə halda bunun benzinin indiki qiymətinə təsirləri sual doğurur.

Xatırladaq ki, Nazirlər Kabinetinin adıçəkilən Qərarının ardınca Tarif Şurası “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 saylı qərar qəbul etdi. Bununla da yanacağın qiymətini artırdı. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin satış qiyməti isə 70 qəpik, dizel yanacağının qiyməti 1 litr üçün 60 qəpik müəyyən edildi.

İqtisadçı-ekspert Samir Əliyeva Publika.Az-a açıqlamasında bildirdi ki,qərarlardan yanacağın qiymətinin artımının ARDNŞ-ə heç bir aidiyyatı olmadığı görünür. Onun sözlərinə görə, artım sırf vergi artımı hesabına baş verib: “Nazirlər Kabinetinin son qərarı ilə aksiz vergilərinin aşağı salınması Tarif Şurasının qiymət artımı ilə bağlı qərarını qüvvədən düşmüş hesab edir.

Çünki şuranın 14 saylı qərarı təkcə pərakəndə satış qiymətini yox, eyni zamanda topdan satış qiymətini, həmçinin şirkətdaxili qiyməti tənzimləyir. Qərarda göstərilir ki, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri daxildir.

Deməli, aksizin aşağı salınması avtomatik olaraq topdansatış qiymətlərinin aşağı salınması deməkdir. Məsələn, əvvəlki aksiz dərəcəsi ilə Aİ-95 benzininin topdan satış qiyməti hər ton üçün 948 manat təşkil edib. Aksiz dərəcələri aşağı salındıqdan sonra isə topdansatış qiyməti 609,4 manat olur.

Bir şərtlə ki, şirkətdaxili qiymətlər artırılmasın. Belə çıxır NK-nın 35 saylı qərarı ilə ARDNŞ-in qazancı artırılıb. Yəni, ARDNŞ Aİ-95 markalı benzinin hər tonunu indiki kimi 305 manata yox, təxminən 479 manata satır. Artım digər yanacaq növlərində, o cümlədən Aİ-92 benzini və dizeldə mövcuddur”.

S.Əliyev deyir ki, Nazirlər Kabinetinin 35 saylı qərarının ardınca Tarif Şurası qərar qəbul edərək yanacağın qiymətini ya dəyişməli, ya da indiki səviyyədə təsdiq etməli idi. Əks halda ölkədə satılan benzinin və dizelin qiyməti vergi azalmasına müvafiq olaraq aşağı salınmalıdır.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR