Neftin qiymətinin düşməsi Azərbaycana təsir edəcəkmi?
Bizi izləyin

Ekopublika.az

Neftin qiymətinin düşməsi Azərbaycana təsir edəcəkmi?

Dünya bazarında neftin qiyməti düşməkdədir. Son məlumatlara əsasən, London birjasında "AzəriLayt" markalı neftin bir bareli 4,21 dollar aşağı qiymətə - 116,25 dollara satılıb . "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 4,05 dollar azalaraq 98,49 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barelinin qiyməti isə 2,09 dollar düşərək 113,18 dollar təşkil edib. Bəs neftin qiymətinin son həftələrdə enməsinin Azərbaycana nə kimi təsiri ola bilər?

Ekspertlər bunu normal hal kimi qiymətləndirir və narahatçılığa əsas görmürlər. Məsələn, iqtisadçı-ekspert Vüqar Bayramov qiymətlərin düşməsini elə bir ciddi problem hesab etmir: "Hələlik neftin dünya bazarında ucuzlaşması ciddi əhəmiyyət daşımır. Neftin qiymətinin dünya bazarında bir neçə sent düşməsi müşahidə olunur kı, bu da neft bazarında ciddi qiymət azalmalarına gətirib çıxarmır. Bu gün Azərbaycan nefti dünya bazarında 112 dollara satılır və bu, kifayət qədər yüksək rəqəmdir. Əgər son bir aydakı rəqəmlərə nəzər salsaq görərik ki, neftin qiyməti 0,135 faiz artıb, lakin son günləri nəzərə alsaq 0,122 faiz azalma müşahidə olunub. Ona görə də nə artım, nə də azalma ciddi rəqəmlərlə ifadə olunmur. Buna görə də indiki qiymətlər Azərbaycanın gəlirlərinə və dövlət büdcəsinə ciddi təsir göstərə bilməz".

Lakin ekspert deyir ki, Azərbaycandakı rolunu nəzər alsaq, neftin ucuzlaşması davam etsə, problem yarana bilər: "Azərbaycan ixracatının 92 faizini neft və neft məhsulları təşkil edir ki, bu baxımdan da əgər gələcəkdə qiymətlərin düşməsi böyük rəqəmlərlə ifadə olunsa, Azərbaycanın gəlirlərinə ciddi təsir göstərəcək. Maliyyə Nazırliyinin qiymətləndirməsinə görə neftin dövlət büdcəsindəki payı 74 faizdir, müstəqil qiymətləndirməyə görə isə bu, 82 faizdir. Bu rəqəmlər kifayət qədər böyük rəqəmlərdir və gələcəkdə neftin qitymətinin azalması ciddi təsir göstərə bilər, lakin indiki halda bunun hansısa ciddi təsir göstərəcəyi güman olunmur".

Digər iqtisadçı-ekspert Nazim Məmmədov isə neftə dünya bazarında birdəfəlik ədalətli bir qiymətin təyin olunmasının tərəfdarıdır, o düşünür ki, belə bir qiymətin təyin olunması Azərbaycan üçün də kifayət qədər müsbət bil hal olardı: "Bir neçə il bundan qabaq dünyanın aparıcı ölkələri neftin ədalətli qiymətinin 80-100 dollar arasında olması haqqında qərar vermişdilər. Bu həm istehlakçı ölkələri, həm də Azərbaycanın da daxil olduğu istehsalçı ölkələri qane edirdi. Lakin Liviyada və digər Yaxın Şərq ölkələrində gedən proseslər neftin qiymətinə öz təsirini göstərdi və neftin qiyməti süni şəkildə qaldırıldı. Əgər orada gedən proseslər, müharibələr uzansaydı, bu problem daha kəskin forma ala bilərdi. Lakin bu proseslər Liviyada sona çatıb, Suriyada da sona çatmaq üzrədir və buna görə də neftin qiyməti stabilləşməyə doğru gedir. Azərbaycan hökuməti isə öz növbəsində daha çox qeyri-neft sektorunun inkişafında maraqlı olmalıdır kı, neftin qiyməti kəskin şəkildə düşəcəyi təqdirdə özünü sığortalaya bilsin".

İlkin

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm