Orta əmək haqqı nə qədər olmalıdır?
Bizi izləyin

Ekopublika.az

Orta əmək haqqı nə qədər olmalıdır?

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.

Ekspertlər isə qeyd edir ki, mövcud şəraitdə orta əmək haqqı çox aşağıdır. İqtisadçı-alim Nazim Məmmədov deyir ki, orta əmək haqqı ən azı 800 manatdan aşağı olmamalıdır: "Bir Azərbaycan ailəsinin orta kommunal xərcləri 150 manatdan az deyil, üstəgəl istehlak xərclərinin əsas hissəsi olan yemək xərcləri adambaşına 116 manat da əlavə olunmalıdır.

Əgər ailə 4 nəfərdirsə, yemək xərcləri 464 manat, nəqliyyat xərcləri 120 manat, xırda geyim xərcləri adambaşına 200 manat edir. Bundan başqa müalicə, təhsil, kommunikasiya xərclərini də hesablanmalıdır".

Millət vəkili Əli Məsimli ümumiyyətlə işçilərin əmək haqlarının aşağı olmasını risk kimi qiymətləndirir: "20 il bundan əvvəl 1991-ci ildə Rusiyada adambaşına neft hasilatı bizdən xeyli yüksək olan zaman, Azərbaycanda ÜDM-də əmək haqqının payı 52 faiz, Rusiyada isə 44 faiz idi. İndi Azərbaycanda adambaşına neft hasilatı 5 tondan artıq, Rusiyada isə 4 tondan aşağıdır. Bunun müqabilində ÜDM-də əmək haqqının payı Rusiyada 50 faiz, Azərbaycanda isə 17 faizdən də aşağıdır. Ona görə də bu rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycanda büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşlarının aşağı olması heç bir tənqidə sığmır".

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm