Gömrükdən büdcəyə daxil olan vəsait açıqlandı
Bizi izləyin

Ekopublika.az

Gömrükdən büdcəyə daxil olan vəsait açıqlandı

Bu ilin 11 ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsi vasitəsi ilə 1.378.723.31 min manat daxil olub.

Axar.az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz, yaxud 120.979.56 min manat çoxdur. Həmin vəsaitin 339.807.54 min manatı ( 24,6%) gömrük rüsumları, 972.530.80 min manatı (70,5%) ƏDV, 51.251.44 min manatı (3,8%) aksizlər, 15.133.53 min manatı (1,1%) isə yol vergisi üzrə büdcəyə əlaəvə edilib.

Ümumilikdə isə ötən ilin müvafiq dövrünə nisbətən gömrük rüsumlarının həcmi 32,3%, yaxud 82.954.69 min manat, ƏDV-nin həcmi 6,8% və ya 62.082.26 min manat artıb, aksizlərin həcmi 31%, yaxud 23.051.32 min manat, yol vergisinin həcmi isə 6,3%, yaxud 1.013.07 min manat azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm