Azərbaycan və Polşa turist axınını artırmaq istəyirlər
Bizi izləyin

Ekopublika.az

Azərbaycan və Polşa turist axınını artırmaq istəyirlər

Azərbaycan və Polşa turist axınını artırmaqda maraqlıdırlar. Trend-in məlumatına görə, bunu bu gün energetika naziri Natiq Əliyev Bakıda keçirilən Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında deyib.

Onun sözlərinə görə, turizm əməkdaşlığın digər sahələrindən fərqli olaraq, hələ inkişafdan geri qalır: "Hər iki istiqamətdə turist axınının artırılmasında səylərimizi əlaqələndirmək lazımdır. Bunun üçün potensial böyükdür".

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sözlərinə görə, turizmin dinamikası aşağı səviyyədədir: "Turistlərin qarşılıqlı axını ildə 2000 ziyarətçi səviyyəsindədir. Hər iki ölkənin turizm potensialı nəzərə alınsa, bu, zəif göstəricidir. Biz Polşada Azərbaycanın turizm potensialının öyrənilməsi üçün mümkün olan hər şeyi edəcəyik".

Hökumətlərarası komissiyanın iclasının yekunu üzrə protokol imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm