"TANAP "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə hesablanıb"
Bizi izləyin

Ekopublika.az

"TANAP "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə hesablanıb"

TANAP əvvəlcədən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə hesablanıb. Əgər indiki mərhələdə "Şahdəniz"dən qaz hasilatı artırılarsa, 2021-2022-ci illərdə "Abşeron" yatağı istismara verilərsə, ARDNŞ-nin sərbəst işlədiyi yataqlarda qaz hasilatı artırılarsa, yeni yataqlar işə salınarsa, TANAP-ın genişlənməsi real olacaq. Hazırda bu barədə danışmağın mənası yoxdur".

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir əlavə edib ki, layihə üzrə hesablamalar aparılıb, lazımi həcmdə investisiyalar müəyyənləşdirilib.

"Bütün bunlar "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə edilmiş qaz nəzərə almaqla həyata keçirilib", Natiq Əliyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm