Ekopublika.az
Azərbaycan “G-20”də iştirak edəcək
Türkiyənin sədrliyi ilə “G-20” nəzdində fəaliyyət
göstərən “B-20”nin (The Business 20) İstanbulda keçirilən iclasında
Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Publika.az AzərTac-a istinadən xəbər verir ki, iclasda çıxış
edən Mahmud Məmmədquliyev ölkəmizin iclasda xüsusi dəvətli qonaq
statusunda təmsil olunmasına görə Türkiyə tərəfinə səmimi
təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycanın xüsusi qonaq statusu ilə “G-20”də
təmsilçiliyi Türkiyənin bu mötəbər beynəlxalq təşkilata sədrlik
etdiyi bir il ərzində davam edəcək.
İclasın açılış mərasimində çıxış edən Türkiyə Baş nazirinin müavini
Əli Babacan, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti
Rifat Hicarcıklıoğlu və başqaları təşkilatın qarşısında duran
vəzifələr, dünya iqtisadiyyatındakı mövcud vəziyyət, Türkiyənin
“G-20”yə sədrliyi dövründəki fəaliyyət proqramı və digər məsələlər
barədə fikir və mülahizələrini bölüşüblər.
İclas işini dekabrın 16-da sessiyalarda davam etdirəcək.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?