Rusiya batır – Mərkəzi Bank gecə yarısı təcili toplandı
Bizi izləyin

Ekopublika.az

Rusiya batır – Mərkəzi Bank gecə yarısı təcili toplandı

Rusiya Mərkəsi Bankı əsas uçot dərəcəsini 17 faizə qaldırıb və valyuta auksionlarının həcmini artırıb. MB-nın qərarı rublun məzənnəsinin son 15 ildə kəskin ucuzlaşmasına cavab olaraq atılıb.

Publika.az xəbər verir ki, uçot stavkasının qaldırılması valyuta bazarında oyunları dəyişib. Lakin maliyyəçilər bunun uzun müddət belə saxlanmasının riskli olduğunu deyirlər. Ekspertlər uçot stavkasının iqtisadiyyatın gələcək inkişafına təhlükə yaratdığını irəli sürürlər. Xatırladaq ki, hələ ötən həftə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 10,5 faizə qaldırmışdı.

Onu da bildirək ki, stavka kommersiya bankları üçün pulun dəyərini müəyyən edir. Bankın son qərarında 28 gün ərzində valyuta REPO hərraclarının həcmi maksimum artırılaraq 1,5 milyard dollardan 5 milyard dollara çatdırılıb. Belə hərracların Mərkəzi Bank tərəfindən il ərzində həftəlik keçirilməsi qərara alınıb. Qeyri-bazar aktivlər altında kreditlər 2 gündən 549 gün müddətə qədər üzən faiz dərəcəsi ilə təqdim ediləcək. Mərkəzi Bankın "Hərbi ipoteka" proqramı üzrə faizləri 10,75% çəkməyi düşünür. Kiçik və orta biznesin inkişafı üzrə layihələrə ayrılan kreditlərin faizlərini isə 6,5% səviyyəsində saxlayıb.

Rublun taleyi necə olacaq?

Mərkəzi Bankın gecə yarısı verdiyi qərarları rublun kursunun son 15 ildə ən aşağı səviyyəyə düşməsinə cavab oldu. Belə ki bazar ertəsi Moskva birjasında dolların kursu 6,3 rubl qalxaraq 64,4 rubla, avro 6,6 rubl bahalaşaraq 78,9 rubla bərabər olmuşdu. Ölkənin baş naziri Dimitri Medvedev rusiyalıları səbirli olmağa və rublun mübadilə kursunun möhkəmlənməsini gözləməyə dəvət edib.

Nəzərə çatdıraq ki, Rusiya Mərkəzi Bankının uçot stavkasını dəyişməsi artıq il başlayandan altıncı dəfədir baş verir. MB ilk dəfə faizləri martın 3-də 5,5 faizdən 7 faizə qaldırdı. Aprelin 25-də isə 7,5 faizə, oktyabrda 9,5 faizə, 11 dekabrda 10,5 faizə yüksəltdi. Bu müddətdə rublun dollara qarşı məzənnəsi 85 faiz ucuzlaşaraq 1 dollar 64 rubl oldu. Mərkəzi Bankın 80 milyard dollar xərcləməsi belə rublu qorumadı.

Ekspertlər hesab edir ki, son qərar dolların 60 rubl ətrafında stabilləşməsinə kömək edəcək: “Hazırda valyuta bazarında qısamüddətli yol açılıb. Amma bu sanksiyalar və enerji məhsullarının ucuzlaşması səbəbindən iqtisadiyyatın zəifləməsinin qarşısını almır. Faiz dərəcəsinin kəskin artımı iqtisadi artım perspektivlərinə zərbə vurur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm