• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kəmərlərin “genişləndirilməsi” təkcə Bakıdan asılı məsələ deyil

Rusiya prezidenti Vladimir Putininin Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsi Avropa İttifaqını (Aİ) deyəsən, əməlli-başlı “çaş-baş” vəziyyətdə qoyub. Əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, Rusiyanın "Cənub axını" layihəsindən imtina edəcəyi gözlənilən idi. Çünki bu layihə əslində, həqiqətən, Rusiyadan çox Aİ-nin özünə lazım idi. Lakin məlum səbəblər üzündən V. Putinin qeyd olunan addımı atacağı qaçılmaz sayılırdı.

Təsadüfi deyil ki, Rusiya Federasiyasının energetika naziri də qeyd etdi ki, sözügedən qərar şəxsən cənab V. Putinə məxsusdur. Prezident V. Putin məsələdə Bolqarıstan amilini qabartsa da, layihənin gündəlikdən çıxarılmasının əsl səbəbləri tamamilə başqadır. Sözümüz bunda deyil.

İndi Aİ tərəfindən "Cənub axını" layihəsinn arxivə atılması ilə əlaqədar Trans-Anadolu Boru Kəməri (TANAP) qaz kəmərinin gücünün 20 milyard kubmetrə qədər artırılması kimi istək irəli sürülür. Məlumdur ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməriylə Azərbaycan “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Belə ki, kəmər vasitəsilə Türkiyəyə 6, Avropaya isə 10 milyard kubmetr həcmində qaz nəql ediləcək.

Ümumiyyətlə, tikintisi layihə iştirakçıları arasında əldə olunan razılığa əsasən 2019-cu ildə başa çatdırılacaq adı çəkilən kəmərlə əvvəl 16 milyard kubmetr qaz nəql ediləcəksə, 2023-cü ildə bu rəqəm 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.

Məsələ bundadır ki, kəmərin gücünün 20 milyard kubmetrə qədər artırılması kimi hər addımbaşı bu cür yeni mövzu və "ideya təkliflərin" ortaya atılması Aİ-nin iqtisadi təhlükəsizliyini təmin etmək və enerji təminatı sahəsində konkret və yekdil fikrə sahib olmadığını bir daha əyani sübut edir. Başqa sözlə desək, Aİ ölkələrində iqtisadiyyatla sanki iqtisadçılar və maliyyəçilər deyil, sırf siyasətçilər məşğul olur. Bu isə olduqca təəssüf doğurur. O səbəbdən ki, 20 milyard kubmetr az həcm deyil. Qaz nəqli üçün çəkilən kəmər loru dillə desək, rezindən ibarət olmadığından hər hansı bir istəklə və yaxud təkliflə onun buraxılış həcmini genişləndirmək mümkün deyil.

Bunun üçün müvafiq qaz resursları, investisiya və sair lazımdır.

Yeri gəlmişkən, "Cənub axını" layihəsinin gündəlikdən çıxarılması müəyyən mənada Azərbaycan üçün xeyirli oldu. Bu layihə ölkəmizin Avropanın qaz bazarına iddiaları üçün böyük bir “baryer” sayılırdı. Belə ki, "Cənub axını" layihəsi də tikilib istifadəyə verilərdisə, Azərbaycan qazı üçün ciddi alternativ olacaqdı. Çünki rus qazı həcm, həm də qiymət baxımdan bizimkindən dəfələrlə üstün mövqeyə sahibdir. Hələ buna rəğmən, Rusiya Azərbaycan qazını Avropa bazarında görmək istəmirdi. Odur ki, bizim üçün bu xəbər hardasa sevindirici oldu.

Ancaq V. Putinin səfəri zamanı tək bu məsələ müzakirə edilmədi. Türkiyənin təkcə tranzit deyil, həm də istehlakçı ölkə olduğunu nəzərə alsaq, bu ölkənin özünün də qaz idxalı sahəsində diversifikasiya üçün çalışdığını nəzərdən qaçırmamalıyıq. Bu zaman başlıca məqsəd ən aşağı qiymət əldə etməyə nail olmaqdan ibarətdir ki, “Cənub axını” boru xəttinin tikintisinin əvəzində Türkiyəyə yeni xətt çəkiləcəyi açıqlanıb. Belə ki, bu xətt də Türkiyə-Yunanıstan sərhədinin Türkiyə tərəfində yaradılacaq qaz terminalına birləşdiriləcək ki, Türkiyə tərəfinin tələbləri nəzərə alınaraq 2015-ci ilin yanvarın 1-dən təbii qazın qiymətində 6 faiz endirim ediləcək. Hansı ki, bu da Azərbaycan qazına alternativ deməkdir. Özü də bu dəfə bəlkə də daha əyani və daha ciddi alternativ... Özü də söhbət, ilkin olaraq endirimdən gedib ki, bundan əlavə, qazın həcmində də 3 milyard kubmetr artıma gediləcəyi razılaşdırılıb.

Bütün bunlar bir yana qalsın, ümumiyyətlə, Moskva özü TANAP-a ilk gündən "barmaqarası" baxır. Və dəfələrlə Azərbaycanın onsuz da bu boru kəməri vasitəsilə 15 milyard kubmetrdən artıq qaz ixrac edə bilməyəcəyi vurğulanıb. Avropaya qaz ixracı ilə bağlı proseslər əslində, Moskvanın istəyinə uyğun inkişaf etsə Azərbaycan qazının hətta Türkiyə bazarına çıxarılması belə, "tıxacla" üzləşəcək.

Rusiya tərəfinin son addımından sonra isə Aİ-nin TANAP-ın gücünü artırmaq barədə təkliklə çıxış edəcəyi təbii ki, gözlənilən idi. Ancaq Avropaya qaz təkcə TANAP ilə çatdırmayacaq... “Şahdəniz” qazını Avropaya çatdırmaq üçün birinci hissəni Gürcüstandan keçəcək cənub-Qafqaz boru kəməri, ikincini TANAP, üçüncünü isə Trans Adriatik Boru Kəməri (TAP) təşkil edəcək ki, bu da böyük bir infrastruktur deməkdir. Onda gərək, Azərbaycandan çəkləcək bütün boru kəmərlərinin gücü artırılsın.

Doğrudur, Avropa Komissiyasının sədr müavini, Aİ-nin enerji komissarı bildirib ki, kəmərin gücünün artırılması üçün texniki imkanlar vardır. Onda necə deyərlər buyursun, Avropa ölkələrinin müvafiq şirkətləri və maliyyə qurumları da özləri qoşulsun bu işə... Prinsipcə və texniki baxımdan əslində, hər şey mümkündür. Sadəcə, konkret və birgə istək, o cümlədən maliyyə vəsaitləri lazımdır.

Sözün qısası, Aİ əgər həqiqətən, Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə TANAP-la yanaşı, TAP-ın da, Azərbaycandan bütün axın imkanlarının da bacardıqca genişləndirilməsi qayğısına qaymalıdır.

Ancaq bu, təkcə Bakıdan asılı məsələ deyil.

Yeri gəlmişkən, Azərbaycan qazının dünya bazarlarına ixracı ilə əlaqədar həyata keçiriləcək layihələrə gələn ilin büdcəsindən 928 milyon manat xərclənəcək ki, bu da Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədiylə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin həyata keçirilməsi üçün əsas sərf edəcək.

Kəmərlərin “genişləndirilməsi” təkcə, Bakıdan asılı məsələ deyil.

Rusiya prezidenti Vladimir Putininin Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsi Avropa İttifaqını (Aİ) deyəsən, əməlli-başlı “çaş-baş” vəziyyətdə qoyub. Əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, Rusiyanın "Cənub axını" layihəsindən imtina edəcəyi gözlənilən idi. Çünki bu layihə əslində, həqiqətən Rusiyadan çox Aİ-nin özünə lazım idi. Lakin, məlum səbəblər üzündən V. Putinin qeyd olunan addımı atacağı qaçılmaz sayılırdı.

Təsadüfi deyil ki, Rusiya Federasiyasının energetika naziri də qeyd etdi ki, sözügedən qərar şəxsən cənab V. Putinə məxsusdur. Prezident V. Putin məsələdə Bolqarıstan amilini qabartsa da layihənin gündəlikdən çıxarılmasının əsil səbəbləri tamamilə başqadır. Sözümüz bunda deyil.

İndi Aİ tərəfindən "Cənub axını" layihəsinn arxivə atılması ilə əlaqədar Trans-Anadolu Boru Kəməri (TANAP) qaz kəmərinin gücünün 20 milyard kubmetrə qədər artırılması kimi istək irəli sürülür. Məlumdur ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməriylə Azərbaycan “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Belə ki, kəmər vasitəsilə Türkiyəyə 6, Avropaya isə 10 milyard kubmetr həcmində qaz nəql ediləcək.

Ümumiyyətlə, tikintisi layihə iştirakçıları arasında əldə olunan razılığa əsasən 2019-cu ildə başa çatdırılacaq adı çəkilən kəmərlə əvvəl 16 milyard kubmetr qaz nəql ediləcəksə, 2023-cü ildə bu rəqəm 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.

Məsələ bundadır ki, kəmərin gücünün 20 milyard kubmetrə qədər artırılması kimi hər addımbaşı bu cür yeni mövzu və "ideya təkliflərin" ortaya atılması Aİ-nin iqtisadi təhlükəsizliyini təmin etmək və enerji təminatı sahəsində konkret və yekdil fikrə sahib olmadığını bir daha əyani sübut edir. Başqa sözlə desək, Aİ ölkələrində iqtisadiyyatla sanki iqtisadçılar və maliyyəçilər deyil, sırf siyasətçilər məşğul olur. Bu isə olduqca təəssüf doğurur. O səbəbdən ki, 20 milyard kubmetr az həcm deyil. Qaz nəqli üçün çəkilən kəmər loru dillə desək, rezindən ibarət olmadığından hər hansı bir istəklə və yaxud təkliflə onun buraxılış həcmini genişləndirmək mümkün deyil.

Bunun üçün müvafiq qaz resursları, investisiya və sair lazımdır.

Yeri gəlmişkən, "Cənub axını" layihəsinin gündəlikdən çıxarılması müəyyən mənada Azərbaycan üçün xeyirli oldu. Bu layihə ölkəmizin Avropanın qaz bazarına iddiaları üçün böyük bir “baryer” sayılırdı. Belə ki, "Cənub axını" layihəsi də tikilib istifadəyə verilərdisə, Azərbaycan qazı üçün ciddi alternativ olacaqdı. Çünki rus qazı həcm, həm də qiymət baxımdan bizimkindən dəfələrlə üstün mövqeyə sahibdir. Hələ buna rəğmən, Rusiya Azərbaycan qazını Avropa bazarında görmək istəmirdi. Odur ki, bizim üçün bu xəbər hardasa sevindirici oldu.

Ancaq V. Putinin səfəri zamanı tək bu məsələ müzakirə edilmədi. Türkiyənin təkcə tranzit deyil, həm də istehlakçı ölkə olduğunu nəzərə alsaq, bu ölkənin özünün də qaz idxalı sahəsində diversifikasiya üçün çalışdığını nəzərdən qaçırmamalıyıq. Bu zaman başlıca məqsəd ən aşağı qiymət əldə etməyə nail olmaqdan ibarətdir ki, “Cənub axını” boru xəttinin tikintisinin əvəzində Türkiyəyə yeni xətt çəkiləcəyi açıqlanıb. Belə ki, bu xətt də Türkiyə-Yunanıstan sərhədinin Türkiyə tərəfində yaradılacaq qaz terminalına birləşdiriləcək ki, Türkiyə tərəfinin tələbləri nəzərə alınaraq 2015-ci ilin yanvarın 1-dən təbii qazın qiymətində 6 faiz endirim ediləcək. Hansı ki, bu da Azərbaycan qazına alternativ deməkdir. Özü də bu dəfə bəlkə də daha əyani və daha ciddi alternativ... Özü də söhbət, ilkin olaraq endirimdən gedib ki, bundan əlavə, qazın həcmində də 3 milyard kubmetr artıma gediləcəyi razılaşdırılıb.

Bütün bunlar bir yana qalsın, ümumiyyətlə, Moskva özü TANAP-a ilk gündən "barmaqarası" baxır. Və dəfələrlə Azərbaycanın onsuz da bu boru kəməri vasitəsilə 15 milyard kubmetrdən artıq qaz ixrac edə bilməyəcəyi vurğulanıb. Avropaya qaz ixracı ilə bağlı proseslər əslində, Moskvanın istəyinə uyğun inkişaf etsə Azərbaycan qazının hətta Türkiyə bazarına çıxarılması belə, "tıxacla" üzləşəcək.

Rusiya tərəfinin son addımından sonra isə Aİ-nin TANAP-ın gücünü artırmaq barədə təkliklə çıxış edəcəyi təbii ki, gözlənilən idi. Ancaq Avropaya qaz təkcə TANAP ilə çatdırmayacaq... “Şahdəniz” qazını Avropaya çatdırmaq üçün birinci hissəni Gürcüstandan keçəcək cənub-Qafqaz boru kəməri, ikincini TANAP, üçüncünü isə Trans Adriatik Boru Kəməri (TAP) təşkil edəcək ki, bu da böyük bir infrastruktur deməkdir. Onda gərək, Azərbaycandan çəkləcək bütün boru kəmərlərinin gücü artırılsın.

Doğrudur, Avropa Komissiyasının sədr müavini, Aİ-nin enerji komissarı bildirib ki, kəmərin gücünün artırılması üçün texniki imkanlar vardır. Onda necə deyərlər buyursun, Avropa ölkələrinin müvafiq şirkətləri və maliyyə qurumları da özləri qoşulsun bu işə... Prinsipcə və texniki baxımdan əslində, hər şey mümkündür. Sadəcə, konkret və birgə istək, o cümlədən maliyyə vəsaitləri lazımdır.

Sözün qısası, Aİ əgər həqiqətən, Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə TANAP-la yanaşı, TAP-ın da, Azərbaycandan bütün axın imkanlarının da bacardıqca genişləndirilməsi qayğısına qaymalıdır.

Ancaq bu, təkcə Bakıdan asılı məsələ deyil.

Yeri gəlmişkən, Azərbaycan qazının dünya bazarlarına ixracı ilə əlaqədar həyata keçiriləcək layihələrə gələn ilin büdcəsindən 928 milyon manat xərclənəcək ki, bu da Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədiylə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin həyata keçirilməsi üçün əsas sərf edəcək.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR