Tikintiyə 10,8 milyard manat xərclənib
Bizi izləyin

Ekopublika.az

Tikintiyə 10,8 milyard manat xərclənib

İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,7 milyard manat həcmində vəsait yönəldilib.

Publika.az xəbər veriri ki, 10,8 milyard manatlıq tikinti-quraşdırma işi görülüb. Əsaslı vəsaitin 70,0 faizini və ya 10,3 milyard manatını daxili investisiyalar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 0,3 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11,4 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 67,2 faizi, yaxud 9,9 milyard manatı sərf olunub.

2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitin 5543,7 milyon manatından istifadə olunub. İlin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1806,4 min kv.metr yaşayış evləri, 25650 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 186 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi, 147 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları s. obyektlər istifadəyə verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm