Rusiya Mərkəzi Bankından etiraf: “Çarəsizik”
Bizi izləyin

Ekopublika.az

Rusiya Mərkəzi Bankından etiraf: “Çarəsizik”

Rusiya Mərkəzi Bankı valyuta bazarındakı vəziyyəti kritik qiymətləndirir.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə bazarları üzrə dəyirmi masada Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Şvetsov bildirib.

“Vəziyyət kritikdir. Baş verənləri bir il əvvəl hətta yuxuda belə görə bilməzdik. Amma təəssüf ki, maliyyə bazarımızın qısamüddətli perspektivlərini həmişə qabaqcadan görə bilmirik. Maliyyə bazarının əksər iştirakçıları hadisələrin nəticəsi olaraq ağır vəziyyətdədir. Mənə inanın ki, Mərkəzi Bankının Direktorlar Şurası ən pislər arasında seçim edib. Son günlərdə baş verənlər müxtəlif nəticələrə gətirib çıxara bilər”, - o deyib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu gün illik əsas faiz dərəcəsini 10,5 faizdən 17 faizə qaldırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm