(R) Unibank Azərbaycanda “İlin bankı" elan olundu
Bizi izləyin

Ekopublika.az

(R) Unibank Azərbaycanda “İlin bankı" elan olundu

Nüfuzlu maliyyə jurnalı The Banker Unibank-ı Azərbaycanda “İlin bankı" elan edib.

Publika.az xəbər verir ki, bu barədə dekabrın 16-da keçirilən təqdimat mərasimində çıxış edən “Unibank”ın icraçı direktoru Cəlal Qasımov məlumat verib.



“Mükafat bankın maliyyə nəticələrinə, innovasiya fəaliyyətinə və inkişaf strategiyasına əsaslanaraq verilib” – deyə C. Qasımov vurğulayıb.



Məlumat verilib ki, 2014-cü ilin 11 ayı ərzində “Unibank”ın aktivləri 17 faiz artaraq 865 milyon 536 min manata, kredit portfeli də 17 faiz artaraq 696 milyon 895 min manata çatıb. Hazırda 38 filiala malik olan bank 71.0775 müştəriyə xidmət göstərir.


Bildirilib ki, bank 11 ay ərzində biznesə verilən kreditlərin yüksək artımına nail olub. Biznesə dəstəyini 56 faiz və ya 79,9 milyon artıraraq 133,1 milyon manatdan 208 milyon manata çatdırıb.



Təqdimat mərasimində çıxış edən “Unibank”ın marketinq departamentinin rəhbəri Yevgeniy Soltanov qeyd edib ki, bank 2015-ci ili “Mətbuat ili” elan edəcək və mətbuat nümayəndələri üçün bir sıra tədbirlərin və müsabiqələrin təşkili istiqamətində işlər aparılır.


Sonda tədbir iştirakçılarına “Unibank”ın yeni video çarxı nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm