Neft 58 dollara düşdü
Bizi izləyin

Ekopublika.az

Neft 58 dollara düşdü

2009-cu ilin iyul ayından bəri ilk dəfə olaraq Brent markalı neftin bir barelinə qiymət 60 dollardan aşağı düşərək 58.56 dollara çatıb.

Publika.az-ın məlumatına görə, Brent markalı netflə yanaşı ABŞ xam nefti də ucuzlaşıb. Onun qiyməti 54.85 dollar olub.

Təchizatın artması və getdikcə azalan tələbat nəticəsində iyun ayından bəri neftə qiymətlər az qala ikiqat aşağı düşüb.

Həftənin sonunda OPEK təşkilatı qiymətləri qorumaq məqsədilə hasilatı ixtisar etməyəcəyini təkrarən bəyan edib.

Neft ixracatçıları təşkilatının bəyanatı gələn ilə tələbatın azalacağı ilə bağlı Beynəlxalq Energetika Agentliyinin (İEA) proqnozuna təsadüf edib.

Neftin ucuz olması bir çox iqtisadiyyatın inkişafına təkan verə bilər. Bu arada qiymətlərin düşməsi neft ixrac edən ölkələrə öz təsirini göstərməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm