Azərbaycanın daha bir bankının rəhbərliyi dəyişib
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın daha bir bankının rəhbərliyi dəyişib

"Azərbaycan Kredit Bankı" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub. Bunu Trend-ə bankdan deyiblər.

Bankdan bildiriblər ki, dekabrın 15-də baş tutan bankın səhmdarlarının yığıncağında Emil Rzayev Müşahidə Şurasının yeni rəhbəri təyin edilib.

E.Rzayev daha əvvəl Bank BTB-nin İdarə Heyətinin sədri olub.

Bankdan qeyd ediblər ki, o bu vəzifədə bankın MŞ sədrinin vəzifəsini icra edən Şirxan Abbasovu əvəzləyib. Ş.Abbasov MŞ-nin əvvəlki rəhbəri getdikdən sonra 2012-ci il oktyabrın 1-dən bu vəzifəni tutub.

Ş.Abbasov, həmçinin bankın iri səhmdarıdır. O, aksiyaların 36,64 faizinə sahibdir. Digər səhmdarlar Nazim Abbasov (35,56 faiz) və Cəmilə Abbasovadır (27,8 faiz).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm