Merkel gecə yarısı Putinlə danışıb
Bizi izləyin

Ekopublika.az

Merkel gecə yarısı Putinlə danışıb

Rusiya iqtisadiyyatının yaşadığı böhran dünya bazarlarını da hərəkətə gətirdi.

Publika.az xəbər verir ki, dollar son bir neçə gündə rubl qarşısında tarixi rekordları qırdı. Almaniyanın baş naziri Angela Merkel dünən gecə saatlarında Rusiyanın dövlət başçısı Vladimir Putinlə əlaqə saxlayıb. Almaniya rəsmi orqanlarının açıqlamasına görə, prezidentlə nazir son iqtisadi prosesləri, Ukrayna böhranını müzakirə ediblər.

Putinlə Merkelin Ukrayna böhranı ilə əlaqədar bu ölkəyə yardım mövzusunda bəzi nöqtələrdə razılaşdıqları bildirilir. Telefon əlaqəsinə Fransanın dövlət başçısı François Hollande və Ukrayna prezidenti Petro Poroşenkonun da qoşulduğu irəli sürülür.

Digər tərəfdən, Rusiyanın Maliyyə Nazirliyinin rubla müdaxiləsini davam etdirir. “Bloomberg News”də yer alan xəbərə görə, Rusiya kurs bazarında doğrudan satış yoluyla rubla müdaxilə edir. Maliyyə Nazirliyi dolların yüksəlişinə maneə törətmək üçün 7 milyard dollar ətrafında valyuta satmağa hazır olduğunu açıqlayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm