Baş Kollektiv Sazişi nəyi dəyişəcək? - Ekspert şərhi
Bizi izləyin

Ekopublika.az

Baş Kollektiv Sazişi nəyi dəyişəcək? - Ekspert şərhi

Ötən ay Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2012-2013-cü illər üçün qarşılıqlı razılaşmanı nəzərdə tutan Baş Kollektiv Sazişə imza atıblar. Sənəd qarşıdakı 3 il ərzində ölkə iqtisadiyyatının inkişafı, əmək bazarının səmərəli infrastrukturunun formalaşdırılması, iş yerlərinin təhlükəsizliyinin təmin olunması, habelə işçilərin və onların ailələrinn yaşayışının keyfiyyətinin artırılması ilə bağlı bir sıra vacib məqamları nəzərdə tutur.


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) sədr müavini Rövşən Ağayev Baş Kollektiv Sazişdə nəzərdə tutalan öhdəliklərin yerinə yetirilməsilə bağlı mövqeyni Publika.Az-a şərh edib.

İqtisadçı bildirib ki, bu sazişə sosial-iqtisadi sahədəki mühüm problemlərin çözülməsinin həlledici mexanizmi kimi yanaşmaq səhvdir, amma əmək qanunvericiliyində əks olunan hüquqi prosedurlara əməl olunması baxımından onun qəbulu müsbət addımdır: "Üçtərəfli sazişin imzalanması Əmək Məcəlləsində nəzərdə tutulub. Qanunvericiliyə əsasən tənzimləiyci təsisat kimi hökumət, işəgötürənlər adından sahibkarlar birliklərini təmsil edən mərkəzi orqan və əməkçilərin maraqlarının müdafiəçisi kimi çıxış edən həmkarlar təşkilatı arasında müxtəlif sosial-iqtisadi məsələlərin birgə həllini nəzərdə tutan dövri sazişlər imzalanmalıdır".

Ekspertin fikrincə, sazişdə yaşayış minumunun, pensiyaların baza hissəsinin, əhalinin gəlirlərinin artımı, aztəminatlı əhalinin mənzillə təminatının yaxşılaşdırılması kimi mühüm məqamlar yer alması müsbət haldı, amma bunların ölçülən bilən öhdəliklər olmaması sazişin effektivliyini aşağı salacaq: "Məsələn, sənədin qüvvədə olduğu dövrdə iqtisadiyyat üzrə nominal orta aylıq əmək haqqının, məvaciblərin minimumum məbləğinin səviyyəsi hansı həddədək yüksələcəyi, onlar arasında nisbət necə dəyişəcək, yaşayış minimumunun rəsmi dəyəri minimum əmək haqqının hansı mislinədək artırılacağı, nə qədər insanın mənzillə təmin olunacağı, əmək ödənişi xərclərinin ÜDM-də payının hansı həddədək yüksələcəyi dəqiq öhdəlik kimi müəyyən edilməyib. Belə şəraitdə biz Baş Kollektiv Sazişin uğurla yerinə yetirilməsini hansı göstəricilər əsasında müəyyənləşdirəcəyik?"

Özəlləşdirmə prosesinin şəffalığın artırmaq üçün əmək kollektivilərinin təmsilçisi kimi həmkarlar təşkilatlarının bu prosesə cəlb olunması ilə bağlı razılaşmaya gəlincə Rövşən Ağayev bunu gecikmiş addım sayır: "Böyük özəlləşmə artıq arxada qalıb. Qanunvericilik əmək kollektivlərinin sahibkar qismində özəlləşdirmədə iştirakını nəzərdə tutsa da, əməkçilərin real sahibkar kimi müəssisələrin idarə olunmasına təsiri, mülkiyyətə sahiblik və sərəncamvermə hüququna faktiki sahibliyi yox səviyyədədir. Çünki ötən 15 ildə özəlləşdirmə prosesində əmək kollektivlərinin işktirakı formal xarakter daşıyıb. İndi həmkarlar təşkilatları hansı müəssisələrin dövlətsizləşdirilməsinə ictimai nəzarəti təmin edəcəklər?"

ZülfiyyəTelmanqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm