Azərbaycanda çörək bahalaşmayacaq - VİDEO
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda çörək bahalaşmayacaq - VİDEO

Bu il ölkədə çörəyin qiymətində artım olmayacaq.

Publika.az-ın məlumatına görə, bu barədə ANS TV-yə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. O bildirib ki, hazırda insanlarda psixoloji bir düşüncə tərzi var, Yeni il gəlirsə qiymətlərdə dəyişikliklər olacaq: “Artıq bəzi saytlarda oxuyuram ki, qiymətlər qalxacaq. Məhz hər il olduğu kimi biz belə ajoitajla qarşılaşırıq: Çörəyin qiymətində artım müşahidə olcaq. Hal-hazırda bunula bağlı bizə çoxsaylı müraciətlər olur. Xatırladım ki, bu il respublika üzrə 2,2 milyon ton taxıl istehsal olunub ki, onun da1,4 milyon tonunu ərzaq buğdası təşkil edir. Respublikada istənilən qədər taxıl ehtiyatı var və çörəyin qiymətinin artması gözlənilmir, buna da lüzüm yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm