• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kimlə nə qədər alver etmişik?

Kimlə nə qədər alver etmişik?

İlin on ayında yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 146 ölkəsi ilə ticarət əməliyyatı həyata keçiriblər. 107 ölkəyə əmtəə ixrac olunub, 133 ölkədən idxal həyata keçirilib.

Publika.az-a Dövlət Gömrük Komitəsindən daxil olan məlumata əsasən, 2014-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrlə 26,6 dollar məbləğində ticarət, o cümlədən 19,2 milyard dollarlıq ixrac və 7,4 milyard dollarlıq idxal əməliyyatları aparılıb. 11,8 milyard dollarlıq müsbət saldo yaranıb. 2013-cü ilin yanvar-oktyabr aylarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 6,7 faiz azalıb. Ticarət əlaqələrinin 91,1 faizi və ya 24,2 milyard dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə aparılıb. 48,2 faizi və ya 12,8 milyard dollarlıq hissəsi Avropa İttifaqı ölkələri ilə, 8,9 faizi, yaxud 2,4 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib. Bu ölkə qrupları ilə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 4,1 faiz və 27,3 faiz azalıb. Xarici ticarət dövriyyəsi iştirakçılarının 44-ü Avropa, 32-i Amerika, 43-ü Asiya ölkələri və digərləridir. MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərə ixrac olunan malların dəyəri müqayisəli qiymətlərlə 0,1 faiz artıb. 18,5 milyard dollar həcmində məhsul göndərilib. MDB ölkələrinə ixrac olunmuş malların həcmi 35,6 faiz azalaraq 713,8 milyon dollar təşkil edib. İxracın 3,7 faizi MDB, 10,3 milyard dolları (53,4 faizi) Avropa İttifaqı ölkələri ilə, 8,2 milyard dolları (42,9 faizi) isə digər dövlətlərlə həyata keçirilib.

2014-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə idxal olunan malların 5,7 milyard dolları MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olub. İdxalın 22,5 faizi və ya 1,7 milyard dolları MDB üzvü dövlətlərinin, 34,5 faizi və ya 2,5 milyard dolları Avropa İttifaqı ölkələrinin, 43,0 faizi və ya 3,2 milyard dolları isə digər dövlətlərin hesabına formalaşıb.

Olkəyə idxal olunan malların umumi həcminin hər birində 14,1 faiz olmaqla Rusiya və Turkiyənin, 11,3 faizi Boyuk Britaniyanın, 7,5 faizi Almaniyanın, 7,2 faizi Cinin, 6,3 faizi ABŞ-ın, 4,6 faizi Ukraynanın, 2,9 faizi İtaliyanın, 2,5 faizi Qazaxıstanın, 2,3 faizi Braziliyanın, 2,2 faizi Yaponiyanın, 2,1 faizi Koreyanın, 2 faizi Niderlandın, hər birində 1,7 faiz olmaqla İran və Fransanın, 1,1 faizi Gurcustanın, 16,4 faizi isə digər olkələrin payına düşür.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR