• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Britaniyanın neft sənayesi çökür

Britaniyanın neft sənayesi çökür

Neft ucuzlaşdıqca Britaniyanın neft sənayesinin böhranlı vəziyyəti də dərinləşir.

Publika.az-ın məlumatına görə, bu barədə BBC-yə sənayenin yüksək rütbəli işçisi çəlumat verib. Onun sözlərinə görə, neft şirkətləri və bu sahənin xidmətçi qurumları qənaət etmək məqsədilə əməkdaşların sayını ixtisara salır.

Brindex müstəqil neft kəşfiyyatçıları assosiyasiyasının sədri və Premier Oil şirkərinin direktoru Robin Allanın sözlərinə görə, sənaye çökmək astanasındadır. Onun sözlərinə görə, neftin qiyməti bir barel üçün 60 dollar göstəricisindən aşağı düşdüyü halda Şimal Dənizdəki yeni neft layihələri gəlirliyini itirir.

"Bu qiymətlərlə iş qurmaq mümkün deyil. Dərin böhrandayıq. Sənaye yeni şəraitə alışmağa çalışır. Lakin bunun üçün işçiləri, layihələri, xərcləri ixtisar etmək lazımdır. Bu, həm işçilər, həm şirlkət, həm də ölkə üçün ağrıvericidir.Yeni investisiyalar baxımından vəziyyət iflasa yaxındır. Hamı zərərdədir. Gələn ilin büdcəsi ixtisar olunur", - Robin Allan əlavə edib.

Onun qənaətincə, ixtisarların əksəriyyəti səs-küysüz aparılacaq. Çünki neft yataqlarında işlər adətən məhdud müddətli iş müqavilələri əsasında görülür. Bu səbəbdən də belələrinin ixtisara salınması problem yaratmayacaq.

Bu arada Britaniya hökümətinin neft sənayesi üzrə müşaviri İan Vudun ötən həftə verdiyi proqnoza görə, növbəti il yarım ərzində Şimal Dəniz neft yataqlarında çalışan işçilərin ixtisar olunacağı gözlənilir.

Eyni zamanda ABŞ-da yerləşən ConocoPhillips neft nəhəngi Britaniyadakı layihələrində 1,650 iş yerindən 250-ni ixtisara salıb. Bu ay ərzində neftin ucuzlaşması müqabilində şirkət xərclərində 20% azaltdığını elan edib.

Digər neft şirkətlərində də buna bənzər addımların atılacağı gözlənilir.

Goldman Sachs investisiya bankının keçirdiyi təhlilə əsasən, hazırkı qiymət şəraitində neft şirkətləri, layihələrinin gəlirliyini bərpa etmək üçün xərclərini orta hesabla 30% ixtisar etməlidir.

Neft sənayesində çalışan köməkçi şirkətlər də neftin ucuzlaşması səbəbindən ziyana düşüb.

Neft yataqlarında xidmət işləri görən, Texasda yerləşən Schlumberger şirkəti 800 milyon dollar zərərə düşdüyündən Britaniyadakı geoloji kəşfiyyat gəmiləri donanmasını dekabr ayında ixtisara salmalı olub.

Aberdindəki Wood Group şirkəti işçilərin maaşını dondurduğunu elan edib.

Britaniyada neft və qaz istehsalı 1999-cu ildən azalmaqdadır. Yalnız 2013-cü ildə sənayeyə rekord dərəcədə investisiyalar edilməsi sayəsində bu azalmanı ləngitmək mümkün olmuşdu.

Ehtiyatları tükənən Şimal Dənizinə söykənən Britaniyanın neft sənayesi ümidlərini yeni investisiyalara bəsləyir, lakin neftin dünyada ucuzlaşması həmin ümidlərə kölgə salıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR