Neftin qiyməti 3 faiz artdı
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 3 faiz artdı

Brent markalı neftin qiyməti cümə günü axşam birdən-birə 3% artaraq bir barel üçün 61 dollar təşkil edib.

22.10-na Brent markalı neftin fyuçerslərinin dəyəri 3,13% qədər qalxıb və bir barel üçün 61,13 dollara çatıb. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti 4,22% artaraq bir barel üçün 56,76 dollara çatıb.

Analitiklər "qara qızılın" qiymətinin artımını sərmayədarların bu ili üstünlükdə yekunlaşdırmaq qərarı ilə izah edirlər. Onların məlumatına görə, treyderlər şənliklərə hazırlaşaraq, qısa mövqeləri bağlayırlar.

Çərşənbə axşamı Brent markalı neftin fyuçersləri 3,77%-ə qədər ucuzlaşaraq, bir barel üçün 58,84 dollar təşkil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm