“Kristal” kolbasaları böcəkdən hazırlanıb? – Şok
Bizi izləyin

Ekopublika.az

“Kristal” kolbasaları böcəkdən hazırlanıb? – Şok

Bakıda “Kristal CF” kolbasa firmasının istehsal etdiyi məhsullardan inqridentlər çıxıb.

Axar.az-a verilən məlumata görə, Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır. Məlumata görə, firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola bilər. Çünki Hindistandan idxal edilən və böcəkdən hazırlanan bu məhsullar insan orqanizminə ziyandır.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, “Gindes” təşkilatı Azərbaycanda kolbasa məhsullarına “halal” sertifikatı paylayır. Bu sektorda nəzarətin aşağı səviyyədə olması və istənilən firmanın “halal” sertifikatı ala bilməsi nəticədə belə neqativ halların artımına səbəb olub.

Qeyd edək ki, “halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu faktı üzə çıxarıb.

Təbii ki, halala haram qatmaq “halal” sertifikatına inamı məhv edir. İnsanlar bu kimi hallarla üzləşdikdən sonra nəinki o firmalara, ümumiyyətlə “halal” sertifikatına inanmırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm