• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda sığorta ilə bağlı yeni şirkət yaradılır

Azərbaycanda sığorta ilə bağlı yeni şirkət yaradılır

Sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl təcrübəyə malik “Audatex” şirkəti Azərbaycanda fəaliyyətə başlayır.

Publika.az-ın məlumatına görə, bununla əlaqədar İcbari Sığorta Bürosu və “Audatex”-in Fransa təmsilçisi “Sidexa” şirkəti arasında birgə fəaliyyətə dair müqavilə imzalanıb.

Müqavilə 2014-cü il dekabrın 16-da “Sidexa” şirkətinin ali idarəedici orqanı tərəfindən təsdiqlənib. Müqaviləyə əsasən “Solera Azərbaycan” şirkətinin yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə, həmçinin “Audatex” şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və təqdim edilməsi ilə əlaqədar lazımi iş aparılır.

“Solera Azərbaycan” şirkətinin 2015-ci ilin iyulun 1-də fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, “Audatex” şirkəti dünyanın bir çox ölkəsində xidmət göstərir. “Audatex” proqram təminatından istifadə Azərbaycan sığorta bazarında yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR