Sığorta yığımları artıb
Bizi izləyin

Ekopublika.az

Sığorta yığımları artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 24 faizi və ya 91,75 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb.

Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, həyat sığortasındakı yığımların 53 faizi və ya 48,6 milyon manatı həyatın yaşam sığortasının, 30 faizi və ya 27,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,6 faizi və ya 15,3 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 343 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin 11 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği 26,8 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,7 faizi olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon manat və ya 7,6 dəfə çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm