“Nissan” və “Renault” Rusiyadan aldıqları sifarişləri dondurdu
Bizi izləyin

Ekopublika.az

“Nissan” və “Renault” Rusiyadan aldıqları sifarişləri dondurdu

Ötən həftə sərt enişdən sonra rublun məzənnəsi özünə gəlsə də, Rusiya iqtisadiyyatının vəziyyəti heç də yaxşı deyil.

Publika.az xəbər verir ki, insanlar banklardakı əmanətlərini geri çəkməyə başlayıblar. Bank və valyutadəyişmə məntəqələri avro və dollar satışını dayandırıblar. Banklar arası faiz nisbətləri 30 faizə yüksəlib. Hökümət banklara yardım etmək məqsədilə büdcədəm vəsait ayırıb.

Rusiyadakı avtomobil dillerləri də qiymətləri yüksəldəcəklərini açıqlıyıb. “Nissan” və “Renault” şirkətləri Rusiyadan aldıqları sifarişləri hələlik dondurduqlarını açıqlayıblar. Məlum olub ki, bu qiymət artımının ilkin mərhələsidir. Rublun məzənnəsi düşərsə qiymətlər daha da qalxacaq.

Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin böhranın xarici faktorlardan qaynaqlandığını ifadə edərək bunun təxminən 2 il davam edəcəyini bildirb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm